Gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

16:55 29.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 30-31-də, avqustun 1-də əsasən dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

 

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Çaylarda suluğun artacağı ehtimalı var.