Yazını böyüt
Yazını kiçilt
Gürcüstan hökuməti xərçəng xəstələrinin əməliyyatlarını tam maliyyələşdirməyə qərar verib. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti Nazirlər Kabinetinin iclasının yekunlarına dair məlumat yayıb.
“Hökumətin iclasında bütün xərçəng xəstələrinin (büdcə vəsaiti ilə sığortalananlar istisna olmaqla) ölkə miqyasında həm planlı, həm də təcili onkoloji cərrahiyyə əməliyyatlarına maliyyə ayrılması layihəsinə baxılıb”, - məlumatda deyilir.
Hökumət xatırladıb ki, avqust ayından hakimiyyət artıq hormon terapiyası, kimyaterapiya və radiasiya terapiyası, eləcə də xərçəng xəstələri üçün dərman preparatlarını maliyyələşdirir.