Gürcüstan ruslara daşınmaz əmlak almağı qadağan etməyi düşünür

18:15 16.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan ruslara bu ölkədə daşınmaz əmlak almağı qadağan etmək istəyir. Qanun layihəsi parlamentə təqdim olunub. Söhbət 2024-cü ilin sonuna qədər bu cür əməliyyatların qadağan edilməsindən gedir. “Novosti Georgia” xəbər verir ki, yalnız daşınmaz əmlakı miras alanlar onun altına düşməyəcək.

2022-ci ildə xaricilər, o cümlədən ruslar satışa çıxarılan daşınmaz əmlakın beşdə birini alıblar. 2023-cü ilin birinci rübündə ruslar iki mindən çox mənzil alıblar.

Deputatların fikrincə, bu tendensiya mənzillərin qiymətini artırır ki, bu da Gürcüstan vətəndaşları üçün çətinliklər yaradır.