Gürcüstan vətəndaşı Bakıda qəfil öldü

13:52 01.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan vətəndaşı Bakıda qəfil dünyasını dəyişib.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. 1952-ci il təvəllüdlü, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, nömrəsiz evdə yaşayan Mamedov Abas Məhərrəm oğlu yaşadığı evdə qəfil dünyasını dəyişib.

 

İlkin ehtimala görə, A.Mamedov ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır.