Gürcüstanda matəm elan edildi

22:20 29.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda matəm elan olunub.

 

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qərar verib. Qərara əsasən, iyulun 30-u ölkədə matəm olacaq.

 

Matəmə səbəb Qudauri dağ kurortu ərazisində Daxili İşlər Nazirliyinə məxsus helikopterin qəzaya uğraması və nəticədə 8 nəfərin ölməsidir.

 

Matəm zamanı bayraqlar endiriləcək.