Gürcüstanda prezident seçkiləri baş tutmuş sayılıb

12:57 14.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda prezident seçkiləri rəsmən baş tutmuş sayılıb, çünki səsvermə üçün kvorum toplanıb - Seçicilər Kollegiyasının 151-dən çox üzvü iştirak edib.

Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.

İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.

Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.