Gürcüstanda turizm sürətlə inkişaf edir

10:33 04.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda turizmin bərpası dinamikası kifayət qədər sürətlə davam edir.

Hafta.az-ın yazdığına görə, baş nazirin illik hesabatında deyilir ki, 2023-cü ilə qədər beynəlxalq səyahətçilərin səfərlərinin sayı 7 milyon 72 min 220 nəfər olub. Bu da 2019-cu illə müqayisədə 75,6 faiz artım deməkdir.

“Beynəlxalq turistlərin sayı 4 milyon 669 min 467 nəfər təşkil edib ki, bu da 2019-cu ilin məlumatlarına görə 91,9 faiz bərpa sürəti və 2022-ci illə müqayisədə 27,8 faiz artım deməkdir. Bərpa dinamikası sabit qalmaqda davam edir. 2024-cü ilin birinci rübünün məlumatlarına əsasən, beynəlxalq səyahətçilər tərəfindən edilən səfərlərin sayı 1 milyon 300 min 551 təşkil edib ki, bu da 2019-cu ilin məlumatlarının 80,4 faizini bərpa edib. Turistlərin sayı 2019-cu ilin göstəricisini 6,4 faiz (938644 turist səfəri) üstələyib”, - deyə sənəddə bildirilir.