Gürcüstandan gələn bir qrup azərbaycanlı səyyah Xankəndidə

12:39 18.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstandan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn bir qrup azərbaycanlı səyyahın Xankəndiyə səfəri başlayıb.

Hafta.az xəbər verir ki, səfər çərçivəsində onlara şəhər barədə geniş məlumat veriləcək.

Qeyd edək ki, dünən Gürcüstandan olan bir qrup azərbaycanlının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

Səfərin iştirakçıları ilk olaraq Şuşa şəhərinə gəliblər. Qonaqlar şəhərin tarixi məkanlarını ziyarət ediblər. Onlara Şuşa haqqında geniş məlumat verilib.