Hacıqabul sakinindən avtomat götürülüb

11:11 23.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq saxlamaqda şübhəli bilinən rayon sakini Nizami İbrahimov saxlanılıb.

DİN-dən hafta.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı isə oradan “AKM” markalı avtomat silahı da götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Oxunma sayı 989