Hacıqabul və Sabirabadda ev yanıb 

10:38 08.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul və Sabirabad rayonlarında yanğın olub.

Bu barədə hafta.az-a Fövqəladə HallarNazirliyindən bildirilib.

Məlumata görə, Hacıqabul rayonunun Atbulaq kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sabirabad rayonunun Qaragüney kəndində də ev yanıb. Belə ki, ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 110 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi, bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.