Yazını böyüt
Yazını kiçilt
Haitidə zəlzələ nəticəsində həlak olanların sayı 227 nəfərə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, ölənlərin 158-i ölkənin cənubunda həyatını itirib. Təbii fəlakət zamanı yüzlərlə insan xəsarət alıb və ya itkin düşüb.
Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.