Hakim partiya rekord sayda yerin üçdə ikisini qazanıb

09:27 09.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyada keçirilən parlamentin aşağı palatasına seçkilərdə hakim Liberal Demokrat Partiyası (LDP) rekord nəticə göstərərək 465 yerdən 316-nı qazanıb.

Hafta.az ölkənin yerli mediasına istinadla xəbər verir ki, koalisiya tərəfdaşı olan İnnovasiya Partiyası isə 36 mandat əldə edib.

NHK-nin məlumatına görə isə bu nəticə LDP-nin 1955-ci ildən bəri ən yüksək göstəricisidir. Qələbə Baş nazir Sanae Takaiçiyə Konstitusiya dəyişiklikləri də daxil olmaqla, siyasi təşəbbüslərini irəli aparmaq üçün geniş imkanlar yaradır.