Hamilə arvadını vulkanın kraterindən ataraq öldürdü

11:15 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şotlandiyanın paytaxtı Edinburqda 29 yaşlı Kaşif Ənvər həyat yoldaşı 31 yaşlı Favziyah Cavedi 2021-ci ilin sentyabrında gəzinti zamanı Edinburq yaxınlığındakı sönmüş vulkan olan “Arturun Oturacağı”na aparıb.

Hafta.az-ın yazdığına görə, cütlük təbii səhnəni seyr etdikdən sonra Kaşif Ənvər hamilə arvadını sönmüş vulkanın zirvəsindən üzüaşağı itələyərək beynindəki pis planı həyata keçirib. Gənc qadın yıxıldıqdan sonra möcüzə nəticəsində sağ qalıb. Vulkanda yerdə uzanmış qadını görənlər onun yanına gediblər. Ağır yaralanan Favziyah Caved köməyə gələnlərə deyib ki, onu əri itələyib yıxdı və məqsədi də sui-qəsd olub. Bundan sonra isə yaralı qadın dünyasını dəyişib.

Araşdırmalar nəticəsində Kaşif Ənvərin həyat yoldaşını öldürdüyü məhz həmin şahidləri dindirməklə müəyyənləşib. Məhkəmədə sonuncu dəfə hakim qarşısına çıxan Kaşif Ənvər həyat yoldaşının yıxıldığını iddia edib.

Edinburq Ali Məhkəməsində keçirilən proses bir həftə davam edib. Andlılar həmin şəxsin iddiasını qəbul etməyib və onun günahkar olduğuna qərar veriblər.

İngiltərənin Lids şəhərindən olan Ənvər cəzasının ən azı 20 ilini ciddi rejimdə çəkməklə ömürlük həbsə məhkum edilib.