Yazını böyüt
Yazını kiçilt
Braziliyada naməlum şəxslər yeddinci aylıq hamilə olan yerli sakini öldürüb, uşaqlıq yolunu döllə birlikdə kəsiblər. Hafta.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.
Məlum olub ki, qurban 24 yaşlı üç uşaq anası Ohana Karolin dördüncü uşağı daşıyırdı. Sentyabrın 21-də Kampinas şəhəri ətrafında bir qadın meyiti yoldan keçənlər tərəfindən tapılıb. Qadın yalnız köynək geyinib. Cinayətkarlar qadının dölünü çıxarmaq üçün onun mədəsini kəsiblər. Meyitin yaxınlığında polis şortik, həmçinin qadın ayaqqabısı tapıb.
Yerli polis qətlin ritual xarakter daşıya biləcəyini ehtimal edir.