Hansı ölkə Ukraynaya nə qədər yardım etdi?

09:29 05.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Kiel İnstitutu Avropa İttifaqının (Aİ) Ukraynaya ayırdığı yardımı araşdırıb. Araşdırma Aİ-nin Kiyev üçün ayırdığı 144 milyard avro yardımın 77 milyard dollarının indiyədək Ukraynaya çatdığını hesablayıb.

Hafta.az-ın yazdığına görə, institutun hesabatında deyilir ki, İngiltərə Ukraynaya vəd etdiyi 14 tank və 139 ağır silahın hamısını göndərdiyi halda, Danimarka hələ də Kiyevə söz verdiyi 59 tankdan heç birini göndərməyib.

Əməliyyatın ilk ilində Qərb ölkələri Ukraynaya ümumilikdə 143 milyard dollar hərbi, iqtisadi və humanitar yardım edib. Bunun 73,18 milyard dolları ABŞ tərəfindən verilib.

Bu dövrdə Ukraynaya ən çox hərbi yardım göstərən ölkələr ABŞ (44,34 milyard dollar), Böyük Britaniya (4,89 milyard dollar), Polşa (2,43 milyard dollar) və Almaniya (2,36 milyard dollar) olub.

Polşa Ukraynaya söz verdiyi 324 tankdan 264-nü, Çexiya 90 tankın hamısını, Almaniya isə Ukraynaya göndəriləcəyini elan etdiyi 55 tankdan 48-ni göndərib.

Ukraynaya ən çox ağır silah yardımı edən ölkə ABŞ (218 ədəd) olub. Vaşinqton Kiyev administrasiyasına 301 ağır silah yardımı edəcəyini açıqlayıb.