“Suriyada Əsəd rejiminin çöküşü Ermənistanın zərərinədir. Əsəd rejiminin ləğvi Ermənistanın bölgədə bir qədər də zəifləməsinə, bölgədəki təsirinin azalmasına səbəb oldu. Paşinyan Əsəd arasında olan yaxın münasibətlər və Suriyada ermənilərin yaşadığı, geniş əməkdaşlıq əlaqələrinin olduğunu bilirik. Heç kimə sirr deyil ki, harada türk düşməni varsa, orada ön sırada ermənilər dayanır. Bu müstəvidə də Əsəd-Paşinyan dostluğu istisna edilmir və türk düşmənçiliyi onları birləşdirən əsas məqamlardan biridir”.
Bunu hafta.az-a siyasi şərhçi Əli Mustafa bildirib.
Ə.Mustada qeyd edib ki, dünyada, bölgədə, Yaxın Şərqdə baş verən hadisələr bizim üçün yeni dönəmi başladır. Bu yeni dönəmdə əsas oyun quran, bölgədəki proseslərə təsir edən dövlət kimi Türkiyənin gücü ortaya çıxır.
“Bu, Azərbaycanın avantajıdır. Ermənistan-Azərbaycan arasında gedən sülh danışıqları prosesində də bu məsələ xeyrimizə olan yeni sutuasiya yaradır. Bu, Azərbaycan-Türkiyə strateji əməkdaşlığını genşləndirməyi tələb edir. Ümumiyyətlə, Suriyanın yenidən qurulması, bölgənin yenidən dizayn olunmasında əhəmiyyətli başlanğıcdır”.
Ə.Mustafa Suriyada baş verən dəyişiklikləri xalqın uğuru kim dəyərləndirib. O, bu dəyişiklikdə mühüm rol alan Türkiyənin hər zaman Suriyanın azadlığı uğrunda savaşan xalqı qoruyub, müdafiə etdiyini qeyd edib.
“Suriya geopolitik baxımdan elə bir coğrafiyada yerləşir ki, bütün müsəlman türk dünyasının birləşdirir. Lakin Bəşər Əsəd Suriya üzərindən keçən bir sıra ciddi layihələrin gerçəkləşməsini əngəlləyirdi. İndi bu maneə də aradan qalxıb. Eləcə də Suriyada olan Rusiyanın S-400 raketlərinin əsas məqsədi türk aviasiyasının Suriya ərazisində qarşısını almaq idi. Bu ərazidə rahat hərəkət edən Amerika, İsrail təyyarələrinə qarşı bir dəfə də olsun əngəl yaradılmırdı. Amma türk hava qüvvələrinin Suriya ərazisinə girməsinə imkan verilmirdi. Eyni zamanda, Əsəd danışıqlara başlamaq üçün məhz Türkiyə silahlı qüvvələrinin Suriyadan çıxarılmasını ön şərt kimi irəli sürürdü. Bu baxımdan Suriyadan Türkiyəni çıxarmaq siyasəti yürüdən Əsədin getməsi əlbəttə ki, Türkiyə üçün avantajlı vəziyyət yaradır. Türkiyənin yeni dünya düzənindəki rolu və mövqeyi bir qədər də güclənir. Bundan sonra kimlərin Suriyaya gəlməsinə Türkiyənin razılıq verməsi gündəmə gəlir. Son vaxtlar İtaliya, Almaniya, Britaniya rəsmiləri Türkiyə ilə danışır və Suriyanın inkişafı naminə birgə əməkdaşlıqla bağlı təkliklərlə çıxış edirlər. Bu da onu göstərir ki, artıq Türkiyə Suriyada söz sahibidir. Bu, həm də Azərbaycanın regionda güclənməsi deməkdir. Harada Türkiyə varsa, orada Azərbaycan da var”.