“Hayabusa-2” kosmik zondu içərisində süxur nümunələri olan kapsulu Yerə göndərməyə hazırlaşır

17:39 26.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın “Hayabusa-2” kosmik zondu içərisində süxur nümunələri olan kapsulu gələn ay Yerə göndərmək məqsədilə orbiti korrektə etmək üçün mühərrikin işə salınmasını başa çatdırıb.

Hafta.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) məlumat yayıb.

Xatırladaq ki, kosmik zond JAXA tərəfindən 2014-cü ildə kosmosa buraxılıb. Hazırda zond Yerdən 3,5 milyon kilometr məsafədə yerləşir və saniyədə 4 kilometr sürəti ilə hərəkət edir.

Kapsulun dekabrın 5-də Yerə doğru buraxılması planlaşdırılır. Onun dekabrın 6-da Avstraliyadakı səhraya düşəcəyi və sonra təyyarə ilə Yaponiyaya gətiriləcəyi bildirilir.

Qeyd edək ki, həmin kapsulun içərisində iki dəfə Ryuqu asteroidinə eniş zamanı götürülən süxur nümunələri var. Bu nümunələrin mütəxəssislər arasında paylanacağı və aparılan tədqiqatlar nəticəsində Yerdə həyatın mümkün mənşəyinin araşdırılacağı gözlənilir.

Oxunma sayı 820