Haylar sonuncu dəfə Laçındakı qanunsuz kilsələrində toplaşdı

18:10 18.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün- avqustun 18-də Laçında qanunsuz məskunlaşmış ermənilər işğal dövründə  şəhər ərazisində qeyri-qanuni olaraq tikilmiş kilsələrində, çox güman ki, sonuncu dəfə üzdəniraq dini mərasimlərini keçiriblər.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Saat 11:00-da başlanmış mərasimə erməni kilsəsinin Qarabağ üzrə baş keşişi Vrtanes Abramyan və qondarma "Kaşataq rayonu"nun keşişi Benyamin Saturyan rəhbərlik edib.

Əldə etdiyimiz məlumata görə, Laçındakı erməni kilsəsi 1996-1998-ci illərdə qanunsuz olaraq yerli sakin, Azərbaycan vətəndaşı  Qubad İbrahimova məxsus evin yerində tikilib.

Bu arada Laçındakı qanunsuz məskunlaşmış ermənilərin “meri” Narek Aleksanyan Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra  şəhərdə qalmış 161 ermənidən(yaxud 70 ailə) artıq yarısının, yəni təxminən 80 nəfərinin şəhəri tərk etdiyini bildirib.

Oxunma sayı 228