Həbib Nurməhəmmədov İlon Maskla məşqdən imtina etdi

10:30 09.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meta şirkətinin rəhbəri Mark Zukerberqlə döyüşəcəyi gözlənilən İlon Mask və UFC əfsanəsi Həbib Nurməhəmmədov haqqında təəccüblü iddia ortaya atılıb.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, məşhur döyüşçü Maska “prinsiplərinə görə” məşq etməyə razı olmayıb.

Xəbər agentliyi ötən həftə Muskın məşq tələbinin 34 yaşlı ulduz döyüşçü tərəfindən rədd edildiyini paylaşıb. Adı açıqlanmayan mənbə deyib: “İlon Mask Həbib Nurməhəmmədovdan Zukerberqlə döyüşə hazırlaşmağa kömək etməsini istəyib. Lakin Həbib bu təklifdən imtina edib. İmtina səbəbini isə bilmirik”.

Dağıstanlı qarışıq döyüş sənəti idmançısının komandasındakı mənbə dünənki xəbərlərdə aşağıdakı ifadələrdən istifadə edib: “Həbibin imtinası prinsipial məsələdir. Həbib məşqçilik və idman karyerasını başa vurub. Bunu heç nə dəyişə bilməz. Onun Muskla heç bir əlaqəsi yoxdur”.