“Haaretz” qəzetində yayımlanan "İsraillilərə Qəzzadakı fələstinli itkiləri haqqında sual verməyin" başlıqlı məqalədə, israillilərin təxminən 90 faizinin öldürülən və yaralanan fələstinlilərin “tamamilə və ya qismən haqlı səbəblərə” görə hədəfə alındığını iddia etdiyi sorğuya diqqət çəkilib.
Hafta.az-ın yazdığına görə, məqalədə İsrailin sorğulara deyil, liderə ehtiyacı olduğu və ölkənin “işğal və münaqişənin gələcəyi ilə bağlı” tarixdə misli görünməmiş liderlik uğursuzluğunun şahidi olduğu bildirilib.
Məqalədə İsrail hökumətinin Həmas-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının 7 oktyabr hücumundan xəbərsiz olduğu deyilən yazıda bildirilir ki, hücumdan sonra İsrail hökuməti və müharibə kabineti Qəzza zolağına edilən hücumların "məhbusların xilas edilmələrinə, yoxsa ölmələrinə kömək olduğunu" məsələsində qərar verə bilməyib.
Netanyahunun Fələstin dövlətinin qurulmasına qarşı olduğunu xatırladan məqalədə, "Netanyahu münaqişənin uzunmüddətli gələcəyi üçün heç nə təklif etmir. Heç kim Netanyahudan uzaqgörənlik, liderlik, cəsarət və həqiqət gözləməməlidir" deyilir.