Xəbər verdiyimiz kimi, paytaxtın mərkəzi rayonlarından biri olan Yasamal rayonu Yeni Yasamal qəsəbəsi, Kənar Dairəvi küçəsi, 11 saylı binanın (buraya müəllimlər binası da deyilir) bir qrup sakini “Həftə içi” qəzetinə müraciət edərək, yaşadıqları binanın ətrafının natəmizlik içində olduğunu bildirib.
Qəzetimizin əməkdaşı həmin ünvanda olub və təzə salınmış istirahət parkı ilə 11 saylı yaşayış binasının arasında böyük bir ərazinin antisanitariya içində olduğunun şahidi olub. Məsələ ilə bağlı “Həftə içi” qəzetinin 13.03.2020-ci il tarixində yazı dərc edilib.
Bu gün isə Yasamal Rayon İca Hakimiyyətində hafta.az-a verilən məlumata görə, həmin ərazi özəlləşdirilmiş yarımçıq tikilidir. Buna baxmayaraq, Yasamal MKTB tərəfindən təşkil olunmuş iməcilik nəticəsində ərazi təmizlənib.
Təmizlənmiş ərazidən hazırlanan videonu sizə təqdim edirik:


