Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 11-də və 12-də Bakıda və respublikanın digər ərazilərində 597 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, monitorinqlər 587 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 19 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 316 nəfər toy şənliklərinə buraxılmayıb.