Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

10:58 29.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) həftəsonu baş verən yol qəzaları ilə bağlı statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, respublikanın avtomobil yollarında iki gündə ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.