Ümumdünya Xərçənglə Mübarizə Günü münasibətilə Rusiyanın Bloxin adına Milli Tibbi Onkologiya Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Dr. Aleksey Tryakin, risk faktorlarını və onların yaşla əlaqəsini müəyyənləşdirərək xərçənglə bağlı bir qrup mif və əfsanəni təkzib edib.
Hafta.az-ın yazdığına görə, Tryakin deyir: "Bəzi xərçəng xəstələri müxtəlif aldatmalara qulaq asırlar, məsələn, müəyyən qidaları qəbul etdikdə şişlərinin böyüdüyünə inanırlar. Əsas mif odur ki, bir çox xəstələr birmənalı şəkildə xərçəngdən öləcəklərinə əmin olurlar, buna görə də onların müayinə və müalicəyə ehtiyacı qalmır".
Əslində xərçəng erkən diaqnoz qoyulduqda xəstəliyin müalicə və sağalma şansı yüksək olur. Buna görə də, bədənin sağlamlıq vəziyyətində hər hansı bir dəyişiklik hiss edirsinizsə, həkimə müraciət etmək tövsiyə edilir. Tryakin izahatlarını belə davam etdirib: “Bir çox xəstələr müalicəni təyin etdikdən sonra artıq şirniyyat, süd, ət və vitamin yeyə bilməyəcəklərinə əmindirlər. Bununla belə, qidalanma şişlərin böyüməsinə təsir göstərmir. Bəzi xəstələr ciddi şəkildə inanırlar ki, əməliyyat olunarsa, cərrah öz avadanlıqlarını işə salacaq, oksigen və işıq ora çatacaq və buna görə də şiş dərhal böyüməyə başlayacaq. Lakin şişin ağciyəri yoxdur və oksigeni fərqli şəkildə qəbul edir”.
“İzvestiya” qəzetinə görə, rusiyalı həkim, “Fiziki aktivlik bədxassəli şişlərin inkişaf riskini xeyli azaldır. Siqaret xərçəng riskinə təsir edən xarici amillər arasında bir nömrəli qatil olaraq qalır. Bundan əlavə, ətin, xüsusilə də qırmızı və işlənmiş ətlərin yeyilməsi, lifli qidaların az istehlakı ilə yanaşı, bədxassəli şişlərin əmələ gəlməsi riskinə səbəb olur" deyib.
Həkim deyib ki, həddindən artıq günəş işığına məruz qalma və piylənmə şişin inkişaf riskini artıran amillərdəndir. Rus həkim bu mövzuda ən əhəmiyyətli risk faktorunun yaş olduğuna diqqət çəkib. Hazırda dünyada gənc yaşlarda xərçəngə tutulma tendensiyası müşahidə olunur. Yəni artıq 50 yaşdan aşağı insanlar da xərçəngə tutulur.
Tryakin açıqlamalarını belə yekunlaşdırıb: “Aydındır ki, infeksiyalar siqaret və ya qidalanma ilə bağlı deyil. Ancaq yanlış davranışın sağlamlığa həlledici təsiri yalnız 20-30 ildən sonra görünə bilər. Anadangəlmə genetik pozğunluqlar uşaqlara da təsir edir. Uşaqda bədxassəli şiş diaqnozu hətta ana bətnində də qoyula bilər”.