Hələ eşitməmişəm ki hansısa valideyn övladını peyvənd etdirsin - Pediatr

17:19 07.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bizdə valideynlər övladlarını peyvənd etdirməkdən çəkinir. Əgər müəyyən məhdudiyyətlər olmasaydı, heç özləri də vaksin olunmazdılar

Bu fikirləri hafta.az-a həkim-pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, Covid-19 peyda olduğu gündən etibarən verilən bütün müsbət və mənfi proqnozlar özünü doğrultmayıb:

“Əvvəl deyirdilər ki uşaqlar yoluxmur, ancaq gördük ki qadın xəstəliyə yoluxubsa, hətta ana bətnində dölə belə keçə bilir. Elə ölkəmizdə də uşaqlarda koronavirusdan ölüm halı baş verib.  Düzünü desəm mən məktəblərin açılmasının tərəfdarı deyildim, kaş bağlı qalaydı.

Bütün dünyada məktəblər açıldıqdan sonra yoluxma çoxaldı. Ardınca isə qərar verildi ki, 12 yaşdan 16 yaşa qədər uşaqlara valideynlərin razılığı ilə Pfizer peyvəndi vurulsun.

Mən hələ eşitməmişəm ki hansısa valideyn övladını peyvənd etdirsin. Elə Türkiyədə də belə qərar olsa da, vaksin olunan uşaqların sayı olduqca azdır”.

Oxunma sayı 21