Yazını böyüt
Yazını kiçilt
“Bu illərdə ərzində Azərbaycan Avropanın müxtəlif instansiyalarında Ermənistanı təqribən 130 milyard dollar məbləğində zərər vurmaqda ittiham edərək ona qarşı iddialar qaldırıb. Bu barədə İrəvan Ağsaqqallar Şurasına seçkilərdə “Ana Ermənistan” blokunun siyahısına daxil edilmiş Mesrop Manukyan Facebook səhifəsində yazıb.
“İndi Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasından sonra Bakı 130 milyard dollar məbləğində təzminat tələb edəcək.
Belə olan halda sözügedən borcu da siz ödəyəcəksiniz, əziz vətəndaşlarım... Adi vətəndaşın hər şeyi başa düşməsi üçün izah edim: hər bir işləyən vətəndaş sağlığında aldığı maaşdan yarıdan çoxunu Azərbaycana verməli olacaq”.