Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak olub

10:22 24.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən hafta.az-ə bildirilib:

"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.