Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, hərbiq qulluqçumuz partlayış nəticəsində ağır bədən xəsarəti alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.
Rəsmi məlumata görə, hazırda vəziyyəti stabildir.