Bu qərardan sonra Belçikaya əcnəbi tələbə axını azala bilər

14:27 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belçikanın Flandriya bölgəsində fəaliyyət göstərən bir sıra universitetlər 2026–2027-ci tədris ilindən etibarən Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrdən gələn tələbələr üçün təhsil haqlarını artıracaq.

Hafta.az xəbər verir ki, yeni qərar büdcə ixtisarları və maliyyələşdirmə qaydalarında edilən dəyişikliklərlə əlaqələndirilir.

Məlumata görə, “KU Leuven” Universitetində təhsil haqları orta hesabla 20 faiz artırılacaq. Antverpen Universitetinin bakalavr proqramlarında ödəniş 3100 avrodan 4300 avroya, magistr proqramlarında isə 5800 avrodan 7800 avroya çatdırılacaq. “Vrije Universitet Brussel” isə proqramdan asılı olaraq həmin tələbələr üçün ödənişləri 400-1000 avrodan çox artıracaq.

Təhsil iqtisadçıları hesab edirlər ki, bu addım Belçikanın əcnəbi tələbələr üçün cəlbediciliyini azalda və yüksəkixtisaslı kadrların ölkəyə axınını zəiflədə bilər.