Hərbi vəzifəlilərin asudə vaxtı səmərəli təşkil olunur - FOTO

14:26 21.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən hafta.az-a bildirilib ki, təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib.

Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub. Keçirilən tədbir şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.

Sonda hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.