“Hərbi xidmətə məcbur edilsək, İsraili tərk edəcəyik...” - Yəhudi din xadimindən gözlənilməz açıqlama...

18:31 10.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsrailin baş sefard ravvininin(din xadimi) işğalçı orduda hərbi xidmətdən imtina etməsi ilə bağlı açıqlamaları hökumətdə və hərbi şurada ciddi reaksiyaya səbəb olub.  Belə ki, sefard yəhudilərinin baş ravvini İshak Yosef şənbə günü bildirib ki, dindarlar orduda xidmət etməyə məcbur edilərsə, hamısı xaricə gedəcək.

Hafta.az xəbər verir ki,  İsrailin “Kanal 12” telekanalı Yusifdən sitat gətirib: “Əgər bizi orduda xidmətə məcbur etsələr, hamımız ölkədən kənara gedəcəyik. Bilet alacağıq və gedəcəyik”.

Qeyd edək ki, İsraildə biri sefard məzhəbini (Şərqlilər) və digəri Aşkenazi təriqətini (Qərblilər) təmsil edən iki baş ravvin var. Onlara iki baş ravvin deyilir və onların hər biri 10 il vəzifədə olur, 150 nəfərin iştirak etdiyi seçkilərdə, o cümlədən ravvinlər, merlər, yerli şuralar, nazirlər və Knesset üzvləri iştirak edirlər.

İsrail hökumətinin Müharibə Şurasında nazir Benni Hants ravvin Yosifin bəyanatlarına cavab olaraq hər kəsin, o cümlədən haredimlərin (dindar yəhudilər) bu “çətin zamanda” hərbi xidmətdə iştirak etməli olduğunu söyləyib.

Hants əlavə edib ki, baş sefard ravvininin sözləri “dövlətə və İsrail cəmiyyətinə mənəvi zərəri təmsil edir”.

Öz növbəsində, “Bizim evimiz İsrail” partiyasının rəhbəri Aviqdor Liberman ravvin İshaki İsrailin təhlükəsizliyini təhlükə altına almaqda ittiham edib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirə gəlincə , o, “Biz hərbi xidmətə çağırış məsələsinin anlayışla həll olunacağına inanırıq və orduda xidmət etmək özünü və ölkəsini müdafiə edən yəhudi üçün böyük bir imtiyazdır” deyə bildirib.

Sefard ravvini adətən dini “Şas” partiyasından, Aşkenazi ravvin isə Birləşmiş Tövrat Yəhudilik partiyası ittifaqındandır və hər iki partiya Benyamin Netanyahunun hazırkı hökumətinin tərkibindədir.

Özlərini Tövratı öyrənməyə həsr etmək bəhanəsi ilə hərbi xidmətdən yayınan haredimlərin orduya cəlb edilməsi məsələsi İsrail cəmiyyətində həmişə ciddi problem olub.

Hazırda İsraildə hərbi xidmətə çağırış qanunu ilə bağlı Qəzzada müharibə fonunda haredimləri orduya qoşulmağa çağıranlar və buna qarşı çıxanlar arasında siyasi fikir ayrılığı var.

İsrailin müdafiə naziri Yoav Qalant hökumət koalisiyasında iştirak edən bütün partiyaların razılığını almadan hərbi xidmətə çağırış qanununun təqdim edilməsinə icazə verməyəcəyini bildirib.

Fevral ayında İsrail müxalifətinin rəhbəri Yair Lapid Müharibə Şurasının nazirləri Qadi Eyzenkot və Benni Hantsı haredimləri hərbi xidmətdən azad edən qanun layihəsinə qarşı çıxmaq üçün ona qoşulmağa çağırıb.

Netanyahunun başçılıq etdiyi İsrail hökuməti haredimləri hərbi xidmətdən kənarlaşdıran və məcburi xidmət müddətini 32 aydan 36 aya qaldıran qanun layihəsini qəbul etməyə çalışır, eyni zamanda bunu hazırkı çağırışçılara da tətbiq edir.

Bu mübahisə indiyədək 31 000-dən çox şəhid, 71 000-dən çox yaralı, infrastrukturun və xəstəxanaların kütləvi şəkildə dağıdılması ilə nəticələnən qırğınlar və görünməmiş humanitar fəlakət fonunda işğal ordusunun Qəzza zolağında 5 aydan artıq dağıdıcı müharibəni davam etdirdiyi bir vaxta təsadüf edir.