Həştərxanda Heydər Əliyev adına məktəbin müəllimləri “Tərəqqi” medalı ilə təltif edilib

15:26 20.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az-ın xəbərinə görə, Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri “Tərəqqi” medalı ilə təltif edilib:

Auslender Raisa Markovna

Boqdyuk Larisa Anatolyevna

Maxmutova Yelena Borisovna

Melyuçenkova Anna Vyaçeslavovna.