Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub

23:34 11.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə davam edən meşə yanğınlarına qarşı mübarizədə dəstək məqsədilə Heydər Əliyev mərkəzinin üzərində Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.

Hafta.az xəbər verir ki, bu, “bir millət, iki dövlət” olan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluğu, qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirib.