Heydər Əliyev Sarayında yeni TƏYİNAT

13:34 29.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Sarayına direktor müavini təyin edilib.

Bu barədə hafta.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.

A.Fərəczadə bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.

Xatırladaq ki, 2023-cü il 25 noyabr tarixində İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.