Hikmət Hacıyev Ağdam-Əsgəran-Xankəndi yolundan paylaşım edib - VİDEO

10:36 31.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandakı diplomatik korpus nümayəndələri Ağdam-Əsgəran-Xankəndi yolununun girişinə gediblər.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

"Ağdam-Əsgəran-Xankəndi yolunun girişindəyik. Diplomatik korpus nümayəndələri və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükünü görəcəklər", o paylaşımda bildirib.