Hikmət Hacıyev İran səfiri ilə görüşüb

21:21 17.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Abbas Musəvi Twitter hesabında bildirib.

“Bu gün mən Azərbaycan Respublikası Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevlə görüşdüm. Görüşdə 2 qonşu ölkənin münasibətləri müzakirə edildi” – deyə diplomat vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər