Hikmət Hacıyev Kristofer Landau ilə GÖRÜŞÜB

17:26 10.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dərin müzakirələr aparıb.