Hindistan 4 milyard dollara belə qənaət etdi

17:29 12.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistan 2022-ci ilin yanvar-iyun ayları arasında günəş enerjisindən istifadə etməklə 4,2 milyard dollar qənaət edə bilib. Bu barədə "The Indian Express" qəzeti Ember enerji analitik mərkəzinin hesabatına istinadən yazır.

“Günəş enerjisi Hindistanı ilin birinci yarısında 4,2 milyard dollar əlavə yanacaq xərclərinə qənaət edib. Bu, həmçinin 19,4 milyon ton kömür tədarükünün məişət məqsədləri üçün istifadə edilməsi zərurətindən də yayınıb”, - sənəddə qeyd olunub.

Nəşrin məlumatına görə, Çin günəş enerjisindən istifadədən ən çox faydalanıb, çünki göstərilən müddət ərzində günəş enerjisindən istifadə ölkənin elektrik enerjisinə olan tələbatının 5%-ni ödəyib. Nəticədə ölkə 21 milyard dollara qənaət edə bilib.

Nəşr əlavə edib ki, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Vyetnam, Filippin və Tayland 2022-ci ilin birinci yarısında günəş enerjisindən istifadə etməklə ümumilikdə 34 milyard dollar qənaət ediblər. Bu, eyni dövrdə ümumi yanacaq xərclərinin 9%-ni təşkil edir.