Hindistan kosmosa insanabənzər robot göndərməyi planlaşdırır

09:43 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın nüvə və kosmos sənayesi üzrə dövlət naziri Jitendra Sinq mətbuata açıqlamasında bildirib ki, ölkəsi bu ilin üçüncü rübündə kosmosa insanabənzər bir robot buraxmağı planlaşdırır. Odur ki, robotu orbitə buraxılmazdan əvvəl “Gaganyaan” kosmik gəmisinin həyat dəstək sistemləri sınaqdan keçiriləcək.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, nazir “Hindistanın 2024-cü ilin üçüncü rübündə istifadəyə verməyi planlaşdırdığı Vyommitra adlı robotun missiyası bütün həyati dəstək sistemlərini sınaqdan keçirmək olacaq.

Qeyd etmək lazımdır ki, robot qadın görünüşünə malikdir, bir neçə dildə sərbəst danışır və hətta kosmik gəminin texniki vəziyyəti ilə bağlı suallara da cavab verə bilir.

"Vyommitra robotu kosmos mühitində insan funksiyalarını simulyasiya etmək və həyatın təminat sistemləri ilə qarşılıqlı əlaqə yaratmaq üçün nəzərdə tutulub. O, orbitin göstəricilərinə nəzarət edə və kosmik gəminin altı bölməsini idarə edə bilər. Bu, ilk milli kosmosun uçuşu öncəsi əsas sınaqdır", - deyib Sinq.

Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) prezidenti Sridhara Panicker Somnath, "Hindistan 2025-ci ilin sonuna qədər ilk ekipajlı kosmik gəmisini orbitə göndərməyi planlaşdırır" deyə bəyan edib.