Hindistan Müdafiə Nazirliyi yüz peyk buraxacaq

11:50 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaxın yeddi-səkkiz il ərzində Dehli yüzdən çox hərbi peyk buraxmağı planlaşdırır. Bu barədə “Times of India” qəzeti Hindistan Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Yaxın və dərin kosmosda əməliyyatların aparılması üçün ölkədə Kosmik Komandanlıq yaradılacaq”, - mənbə bildirib.

Onun sözlərinə görə, kosmosu təkcə müdafiə deyil, həm də hücum xarakterli hərəkətlərin aparılması üçün məkan hesab edən yeni doktrinanın layihəsi baxılmaq üçün Hindistan hökumətinə göndərilir.

Mənbə əlavə edib ki, bu, xüsusilə Hindistanın Hərbi Hava Qüvvələrinin aerokosmosa çevrilməsini nəzərdə tutur.