Hindistan parlamentə qaz çiləyənlər terrorda şübhəli bilinir

13:59 14.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Parlament binasında qaz çiləmə hadisəsindən sonra Hindistan hüquq-mühafizə orqanları hadisəni terrorizm və cinayət sui-qəsdi kimi qiymətləndirərək araşdırma aparır. Bu barədə yerli polis məlumat yayıb.

Xalq Palatasının iclası bir gün əvvəl ziyarətçilər qalereyasından zala daxil olan iki nəfər tərəfindən yarımçıq kəsilib. Qanunu pozanlardan biri deputatların stol və skamyalarına tullanmağa, ikincisi isə sarı qaz səpməyə başlayıb. Onları mühafizəçilər, eləcə də bir neçə deputat ələ keçirib. Palata üzvləri tələsik binanı tərk ediblər.

Hadisə zamanı parlamentin yaxınlığındakı iclas zalında bir kişi və bir qadın saxlanılıb, onlar da sarı qaz səpiblər. Fövqəladə vəziyyət nəticəsində parlamentarilərdən heç biri xəsarət almayıb. İlkin araşdırma səpilən qazın zərərli olmadığını göstərib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müəyyən etdiyi kimi, parlamentə hücum əvvəlcədən planlaşdırılıb. İşdə daha iki nəfər iştirak edir. Milli Məclisin mühafizə xidmətinin 8 əməkdaşı hadisədə iştirakda şübhəli bilindiyi üçün işdən uzaqlaşdırılıb.