Hindistan qədim bəlanın kökünü kəsməyə çalışır

12:25 16.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda, xüsusilə də ölkənin mərkəzi və şərq bölgələrində bəzi qadınlar cadugər olduqlarını üzə vurduqları üçün hücuma məruz qalırlar.

Hafta.az-ın İndian Express-ə istinadən yazdığına görə, qəzet “Hindistan köhnə bəlanın kökünü kəsməyə çalışır: Cadugər ovu” başlıqlı xəbər başlığında məsələni diqqətdə saxlayıb. Qəzet hücuma məruz qalan bəzi qadınların fikirlərinə yer verərkən, buna qarşı hansı addımların atıldığını oxucuları ilə bölüşüb.

Hindistan Milli Cinayət Qeydləri Bürosunun məlumatına görə, 2010-2021-ci illər arasında 1500-dən çox vətəndaş cadugər olduqları üçün öldürülüb. Xəbərdə ifritə damğası vurulan qadınların dırnaqlarının qoparıldığı, nəcis yeməyə məcbur edildiyi və lüt halda üzə çıxarıldığı yazılıb. Bəzi qadınlar yandırılıb və ya linç edilib.

Tarixən məhsul problemi yarananda, quyu quruyanda və ya insan xəstələnəndə “cadugərlər” günahlandırılırdı. Qurbanları dəstəkləyən insanlar belə xurafatların hələ də qaldığını bildiriblər. Lakin vurğulanıb ki, indi cadu ittihamları çox vaxt qadınlara təzyiq vasitəsinə çevrilir.

Məsələn, şərqdəki Carkhand əyalətində yaşayan Durqa Mahato 2021-ci ildə "cadugər" olduğu üçün hücuma məruz qalıb. Hücum edənlər 26 yaşlı qadını təxminən iki saat döydükdən sonra tərk ediblər.

Zərərçəkmiş bildirib ki, cadu iddiası kənd ağsaqqallarından birinin cinsi əlaqə təklifindən imtina etməsindən sonra ortaya çıxıb.

Mahato və həyat yoldaşı Nirmal Mahato hücumdan sonra polisə şikayət ediblər. Cadugər ovu əleyhinə qanunlar çərçivəsində 4 hücumçuya qarşı iddia qaldırılıb. Adam və qardaşı bir neçə ay həbsdən sonra zaminə buraxılıb.

Lakin cadugər damğası vurulandan sonra bədbəxt qadına kənd gölməçəsində çimmək və bulaqdan su götürmək qadağan edilib. Mahatonun kəndə girməsinin qarşısını almaq üçün evinin ətrafına hasar çəkilib.

Hindistanın bir çox ştatı cadugər ovu əleyhinə qanunlar qəbul edib. Assamda hücum edənlər ömürlük həbs cəzasına məhkum edilə bilər. Orissa kimi digər ştatlarda ictimaiyyəti daha həssas etmək üçün bəzi yerlərdə abidələr ucaldılıb.

Carkhandda, maarifləndirmək məqsədilə küçə teatrı kimi tədbirlər təşkil etmək üçün "cadugər ovunun qarşısının alınması qrupları" yerləşdirilib. Kəndlərdə yaradılmış komitələr zorakılıq qurbanlarına yardım edir.

Lakin hakimiyyət tərəfindən bu dəstək zəif qala bilər. Qadın hüquqları üçün işləyən İnkişaf üçün Tərəfdaşlar təşkilatının qurucusu Madhu Mehra deyir ki, Carkhand da daxil olmaqla üç ştatda polisin cadugər ovlarında çox vaxt yalnız qətl və ya qətlə cəhd hallarına müdaxilə etdiyini gördülər. Bunun və qurulmuş inancları dəyişdirməyin çətinliyi, cadugər ovunu davam etdirdiyi düşünülür.

Chhutni Mahatonun köməkçilərindən olan Dukhu Majhi də "qonşularının ümidlərini doğrultmadığı üçün" cadugərlikdə günahlandırıldığını söylədi. Majhi, ərinin işə getdiyi bir vaxtda "normal qadının kiçik uşaqları ilə meşədə necə tək yaşaya biləcəyini" başa düşə bilmədiyi zaman kəndlilərin ona cadugər damğası vurduğunu söyləyib: “Kiminsə mədəsi ağrıyırsa, mən günahkaram, başı ağrıyırsa, günahkar mənəm - evimin qabağında dayanıb qışqırdılar, bu bizi kədərləndirir".

Bədbəxt qadın bildirib ki, 2022-ci ilin iyul ayında kənd sakinləri onu baltalarla təqib edərək evinə soxulmağa cəhd göstəriblər.

Majhi həyat yoldaşı və uşağı ilə polisə getsə də, problemin həllini tapa bilməyib. Ailə daha sonra Çxutni Mahatonun evinə sığınaraq, daha sonra başqa əraziyə köçüb.