Hindistan səfirliyi qanvermə aksiyası keçirib

21:30 28.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın 73-cü Respublika Günü münasibətilə və “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü altında bu ölkənin Azərbaycandakı Səfirliyi Hind Hospitalı, Azərbaycan Hind Assosiasiyası, Bakı Malayali Assosiasiyası, Azərbaycan Telequ Assosiasiyası və Bakı Tamil Sanqam təşkilatı ilə birlikdə qanvermə aksiyası təşkil edib.

Hafta.az-ın yazdığına görə, aksiyanı açıq elan edən Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna dövlət qan bankı üçün qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Hindistan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupunun sədri cənab Naqif Həmzəyev də iştirak edib.

Qanvermə aksiyasına səfir və həyat yoldaşı, Səfirliyin digər əməkdaşları, Hindistan icmasının üzvləri və Hindistanın dostları da daxil olmaqla könüllülər qatılıblar.

Bu nəcib təşəbbüs yerli ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Oxunma sayı 432