Hindistanda daha 49 deputatın parlamentin iclaslarında iştirakı yasaqlanıb

09:32 20.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın parlament işləri üzrə dövlət naziri Arjun Ram Meqvalın parlamentin aşağı palatası olan Xalq Assambleyasının (Lok Sabha) daha 49 deputatının “parlament nizamını pozmaq” ittihamı ilə iclaslara qatılmasını yasaqlayan təklifi parlamentdə qəbul edilib.

Hafta.az-ın “Hindustan News”a istinadən yazdığına görə, təklifə əsasən, parlamentin qış sessiyaları başa çatana qədər müxalifətdən olan 49 deputat iclaslarda iştirak edə bilməyəcək.

Milli Konqres Partiyasının sədri Faruk Abdullah, partiya üzvləri Maniş Tevari və Şaşi Tarur da 49 deputat arasındadır.

Parlamentdəki müxalifət üzvlərinin təhlükəsizlik pozuntusundan sonra araşdırma tələbi ilə bağlı şüarlar səsləndirməsi və əllərində pankart olması müzakirələrə səbəb olub.

Ümumilikdə 141 müxalifətçi deputat parlamentin təhlükəsizliyini pozduqları üçün indiyədək parlamentdən kənarlaşdırılıb.

Müxalifət deputatları isə iddia edirlər ki, hakim Bharatiya Janata Partiyası (BJP) mühüm qanun layihələrini “müxalifətsiz” qəbul etmək üçün opponentləri parlamentə buraxmağa çalışır.

Millət vəkili Suşil Kumar Rinku, "Doğru deyən və sual verən şəxslər bu gün parlamentdən uzaqlaşdırıldı. İctimaiyyət görür ki, necə çirkin siyasətlər gedir" deyib.

Karnataka əyalətini təmsil edən parlament üzvü Jairam Rameş, X-də yazdığı bir yazıda deyib: "Yeni Parlament Namokrasiyanı bütün diktaturası ilə əks etdirir".

Dekabrın 13-də Xalq Məclisinin iclası zamanı iki nəfər qonaqlar zalından Baş Məclisin zalına atılaraq əllərindəki bankalardan ətrafa “sarı tüstü” səpiblər. Polis, aralarında sözügedən şübhəlilər və çöldə gözləyənlərin də olduğu 5 nəfəri saxlayıb. Saxlanılanlardan biri jurnalistlərə açıqlamasında tələbə olduğunu, ölkədə işsizliyin artmasına etiraz etmək istədiyini bildirib.

Sözügedən aksiya 2001-ci ildə silahlı basqınçılar tərəfindən parlament binasına 6-sı polis olmaqla 9 nəfərin ölümü ilə nəticələnən hücumun ildönümündə baş tutub.

Çoxpartiyalı parlament demokratiyası ilə idarə olunan Hindistanda parlamentin iki palatası var: Dövlətlər Assambleyası (Rajya Sabha) və Xalq Palatası (Lok Sabha). Seçkiləri beş ildən bir keçirilən Xalq Məclisinin 543 mandatı var.