Hindistanda G20 Liderlər Sammitindən əvvəl "meymun" əməliyyatı

10:05 31.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın yerli hakimiyyət orqanları G20 sammiti zamanı meymunların qonaqlara və məkanlara zərər verməsinin qarşısını almaq üçün planlar hazırlayıb.

Hafta.az-ın “Hindustannews”a istinadən yazdığına görə, planlardan birinin meymunları qorxutmaq üçün “boz langur” meymunların karton iqurlarının hazırlanması olduğunu bildirən səlahiyyətlilər, kartonların meymunların tez-tez göründüyü yerlərdən, eləcə də sammitə qatılacaq nümayəndələrin qalacağı otellərin qarşısından asılacağını deyiblər.

Səlahiyyətlilər bildiriblər ki, meymunları qorxutmaq üçün langurların səslərini təqlid edə bilən 30 ilə 40 arasında təlim keçmiş insan da sözügedən maketlərin yanında olacaq.