Hindistanda qadın prezident seçildi 

09:21 22.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanda keçirilən prezident seçkilərində hakim Milli Demokratik Alyansın namizədi Draupadi Murmu qalib gəlib.

 

Hafta.az-ın məlumatına görə, bu barədə "Indian Express" qəzeti xəbər verib.

 

Bildirilib ki, D.Murmu səslərin 64%-dən çoxunu (676,803) toplayaraq rəqibi Yaşvant Sinh (380,177 səs) üzərində qalib gəlib.

 

O, Hindistan prezidenti vəzifəsinə keçən ikinci qadın oldu. 2015-ci ildə D.Murmu beş il müddətinə Jharkhand ştatı qubernatoru seçilib.