Hindistan mübahisəli sərhəd əyaləti Arunaçal Pradeşi öz ərazisi kimi təyin edən Çinə etiraz edib.
Hafta.az-ın yazdığına görə, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi qeyd edib ki, etiraz Çinin dünən açıqladığı xəritədən sonra baş verib. Bağçi, mövzu ilə əlaqədar verdiyi şərhdə, "Hindistanın ərazisinə iddia edən Çinin xəritəsini diplomatik kanallarla bu ölkəyə şiddətlə etirazımızı bildirdik" deyib.
“Əsassız” iddiaları rədd etdiklərini bildirən Bağçi, Çinin “belə” addımlarının sərhəddəki münaqişənin həllini çətinləşdirəcəyini bildirib.
Himalay dağları ilə əhatə olunmuş Çinlə Hindistan arasındakı aydın olmayan sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.
Pekin Hindistanın "Cənubi Tibet" adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadratkilometr əraziyə iddia edir, Yeni Dehli isə Aksay-Çin yaylasının 38 min kvadratkilometrinin Çin tərəfindən işğal edildiyini bildirir.
1962-ci ildə iki ölkə arasında müharibəyə səbəb olan sərhəd münaqişəsini tərəflər uzun illərdir həll edə bilmədiyindən, sərhəddə zaman-zaman gərginlik artır. 15 iyun 2020-ci ildə sərhədin qərbindəki Ladax bölgəsindəki Qalvan vadisində Çin əsgərləri ilə qarşıdurmada 20 Hindistan əsgəri həlak olub. Çin də münaqişədə 4 əsgərinin həlak olduğunu açıqlayıb.