Hirkan Milli parkının direktorunun saxlanılması xəbəri yalandır - ETSN

21:00 24.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hirkan milli Parkının direktorunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinjn Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır: "Ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Hirkan Milli parkında araşdırma başlanıb. Hadisədə şübhəli şəxslər dindirilir. Hirkan Milli parkının direktorunun saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Xatırladaq ki, sosial şəbəkələrdə Hirkan Milli Parkının direktorunun saxlanılması və həbsi barədə məlumatlar yayılıb.

Oxunma sayı 2865