Hökumət parlamantə hesabat verəcək

11:49 01.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Parlamentin yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək. Bundan əlavə, sessiya dövründə “2020-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Sədr həmçinin, bu gündən Milli Məclisin yeni saytının istifadəçilərin ixtiyarına verildiyini də bildirib.