“Hoqqa” çay evində istehlaka yararsız içkilər aşkarlanıb

15:42 08.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Nizami küçəsində fiziki şəxs Üzeir Sərdar oğlu Şahmarova məxsus “Hoqqa” çay evində keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Hafta.az-a verilən məlumata görə, obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.